Ana Sayfa > Karusel / İqtisadiyyat > Bakıda Sahibkarların I beynəlxalq onlayn forumu keçiriləcək

Bakıda Sahibkarların I beynəlxalq onlayn forumu keçiriləcək


11-09-2020, 11:54. Yazar: Admin

Bakıda Sahibkarların I beynəlxalq onlayn forumu keçiriləcək

22-23 sentyabr tarixlərində ilk dəfə olaraq “Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Qarabaginfo.az -a verilən məlumata görə, təşkil olunacaq onlayn forumun məqsədi koronavirus (COVID-19) pandemiyası şəraitində və post pandemiya dövründə sahibkarların motivasiya edilməsi və beynəlxalq təcrübənin öyrənilməsidir.

Sahibkar düşüncə tərzinin təşviqi, xüsusilə gənclər və qadınlar arasında sahibkarlıq fəaliyyətinə marağı artırmaq, mövcud sahibkarların pandemiya dövründə qarşılaşdıqları çətinliklərin müzakirə olunması forumun başlıca hədəfləri sırasındadır. 

Onlayn forum çərçivəsində beynəlxalq spikerlər vasitəsilə xarici təcrübə öyrəniləcək.

Foruma Türkiyə, Almaniya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya, Pakistan, İspaniya və s. kimi ölkələrdən iştirakçı və spiker qismində iş adamları qatılacaq.


Geri dön