Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda zəlzələ zamanı ən təhlükəli zonalar hansılardır...

Bakıda zəlzələ zamanı ən təhlükəli zonalar hansılardır...


29-08-2023, 16:57. Yazar: Admin

 

Bakıda zəlzələ zamanı ən təhlükəli zonalar hansılardır...

Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükə şöbəsində digər alimlərlə birlikdə Abşeron yarımadasının və Bakı şəhərinin seysmik təhlükəsinin qiymətləndirilməsi aparılıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Geologiya və Geofizika İnstitutunun rəsmisi Qulam Babayev "Media"ya açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, yarımada və Azərbaycan paytaxtı Xəzər ocaqlarından - şimaldan, dənizin mərkəzindən keçərək cənuba, eləcə də şəhər və Abşeron üçün potensial təhlükə olan Şamaxı-İsmayıllı seysmik aktiv mənbələrindən seysmik təhlükəyə məruz qalır.

 

"Qeyd edim ki, Bakıda təhlükəli nöqtələr var, onların arasında 6-9 ballıq zonalar var. Bunlar Yasamal rayonunun bəzi hissələri, o cümlədən metronun “Elmlər Akademiyası” stansiyasının ərazisi, eləcə də sahil zolağının əksər hissəsi, o cümlədən Bayıl qəsəbəsidir", - İnstitutun əməkdaşı deyib.

 

Qulam Babayev vurğulayıb ki, ölkənin ən seysmik aktiv zonaları Şamaxı-İsmayılı, Zaqatala, Şəki və Oğuzdur.


Geri dön