Ana Sayfa > Karusel / Gündəm > Balıq ovuna tətbiq edilən qadağa başa çatır
Balıq ovuna tətbiq edilən qadağa başa çatır29-08-2023, 15:08. Yazar: Admin |
Balıqların kürüləmə dövrü ilə əlaqədar 2023-cü il mayın 1-dən sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-də bitir.
Qarabaqinfo.az Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin birgə məlumatına istinadla bildirir ki, sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşlar ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etməməlidir. Qanunvericiliklə qadağan olunmuş ov alətlərindən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcək.
Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Geri dön |