Ana Sayfa > Karusel / Siyasət / Dünya > Makron İlham Əliyevə zəng etməyə hazırlaşır

Makron İlham Əliyevə zəng etməyə hazırlaşır


28-08-2023, 17:54. Yazar: Admin

Makron İlham Əliyevə zəng etməyə hazırlaşır

Fransa prezidenti Emmanuel Makron bu həftə Ermənistan və Azərbaycan liderləri ilə danışıqlar aparacağını və Qarabağ münaqişəsinin həlli üçün yeni diplomatik təşəbbüslə çıxış edəcəyini bildirib.
 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Yelisey sarayının Tvitter-dəki rəsmi hesabında bildirilib.
 

“Bu həftə mən baş nazir (Ermənistan) Paşinyan və Prezident (Azərbaycan) Əliyevlə danışacağam”, - Makron səfirlər konfransı zamanı deyib.

O, konfrans zamanı “Laçın humanitar dəhlizi” ifadəsini səsləndirib. Fransa prezidentinin sözlərinə görə, o, “dəhliz”lə bağlı müqavilələrə tam əməl olunmasını tələb edəcək, eləcə də Azərbaycana təzyiqləri artırmaq üçün beynəlxalq arenada yeni diplomatik təşəbbüslə çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa prezidenti E.Makronun səfirlər konfransında səsləndirdiyi fikirlərə artıq cavab verib.

A.Hacızadə bildirb ki, Makronun bölgə üzrə mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl gətirir.


Geri dön