Ana Sayfa > Karusel / Cəmiyyət > Peyvənd olunanların sayı AÇIQLANDI

Peyvənd olunanların sayı AÇIQLANDI


28-08-2023, 17:31. Yazar: Admin

 

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda iyulun 24-dən 30-dək koronavirus (COVID-19) əleyhinə 70 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaqinfo.az-a verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, üç və daha çox doza vaksin vurduranların sayı 38, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 5 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 927, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 174, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4884 314, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 052, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 387 təşkil edir.


Geri dön