Xankəndidəki separatçı rejimin rəhbərləri Rusiya tərəfinə müraciət edib ki, Moskva onların rəsmi Bakı ilə neytral, təhlükəsiz yerdə görüşünü təşkil etsin.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyan Facebook-da bildirib.
“Əminəm ki, Rusiya Federasiyası mövcud vəziyyətin müzakirəsinə yönəlmiş görüş təşkil edə bilər. Biz hansı yolla getdiyimizi aydın başa düşməliyik”, - Nersisyan deyib.
Onun sözlərinə görə, bu görüş Rusiya sülhməramlılarının Qarabağda yerləşdiyi yerdə və ya üçüncü tərəfin iştirakı ilə istənilən başqa təhlükəsiz yerdə keçirilə bilər.
Xatırladaq ki, rəsmi Bakı isə dəfələrlə bəyan edib ki, Qarabağ erməniləri ilə üçüncü tərəfin iştirakı olmadan görüş keçirilə bilər. Ermənilər Bakının əvvəllər bir neçə vasitəçisiz görüşlə bağlı təklifindən yayınıb.