Ana Sayfa > Karusel / Cəmiyyət > Baş nazirdən tibb işçiləri ilə bağlı vacib QƏRAR

Baş nazirdən tibb işçiləri ilə bağlı vacib QƏRAR


26-08-2023, 15:40. Yazar: Admin

Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqqına əlavənin müddəti uzadılıb.

 Baş nazirdən tibb işçiləri ilə bağlı vacib QƏRAR

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsinin müddəti oktyabrın 2-dək uzadılıb.

 

Qeyd edək ki, daha əvvəl bu müddət iyulun 1-dək uzadılmışdı.


Geri dön