Ana Sayfa > Karusel / Siyasət > Onlardan fərqli olaraq yollar salırıq - Prezidentin köməkçisi

Onlardan fərqli olaraq yollar salırıq - Prezidentin köməkçisi


26-08-2023, 11:43. Yazar: Admin

 

Onlardan fərqli olaraq yollar salırıq - Prezidentin köməkçisi

“Azərbaycan baryerlər yaradan ölkələrdən fərqli olaraq yollar salır”.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.

 

“Zəngilan hava limanından Laçına gedən yolda yeni yol salınır. Azərbaycan baryerlər və maneələr yaradan digər ölkələrdən fərqli olaraq yollar inşa edir və nəqliyyat əlaqələrini yaxşılaşdırır. Yol mədəniyyətdir və sivilizasiyanın əsas komponentidir!”,- paylaşımda qeyd olunub.


Geri dön