Ana Sayfa > Karusel / Kriminal > Bakıda mikroavtobusla yük avtomobili toqquşub, ölən var

Bakıda mikroavtobusla yük avtomobili toqquşub, ölən var


11-09-2020, 10:34. Yazar: Admin

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobusun yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

Bu barədə Qarabaginfo.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Balakəndə yol qəzası baş verib, bir nəfər ölüb - VİDEO


Geri dön