Ana Sayfa > Karusel / Dünya > Rusiya vətəndaşlığına məcbur edilən ukraynalılar - İnsulin, pensiya, məktəb...

Rusiya vətəndaşlığına məcbur edilən ukraynalılar - İnsulin, pensiya, məktəb...


25-08-2023, 11:26. Yazar: Admin

Rusiya vətəndaşlığına məcbur edilən ukraynalılar - İnsulin, pensiya, məktəb...

“Yaşamaq üçün Rusiya vətəndaşlığını almağa məcburdurlar”.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu "Xolod" jurnalı Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Xerson bölgəsində məcburi pasportlaşdırmanın aparılması ilə bağlı yazıb.

 

Məlumata görə, Xerson vilayətinin işğalından keçən 1.5 il ərzində 120 min ukraynalı Rusiya pasportu alıb.

 

Qeyd olunub ki, "yeni rusların" əksəriyyətinin başqa seçimi olmayıb. Belə ki, işğal olunmuş ərazilərdə Rusiya pasportu olmadan uşağı məktəbə göndərmək, tibbi yardım və həyati vacib dərmanlar almaq mümkün deyil.

 

"Əvvəl dedilər ki, Rusiya vətəndaşlığı olmayanlara pensiya verməyəcəklər. Bu zaman nənəmin uşaqları, nəvələri ona maddi baxımdan kömək edib. Amma insulin almaq mümkün olmayanda nənəm pasport almalı oldu, vətəndaşlıq artıq həyati əhəmiyyət kəsb edir”, - yerli sakinlərdən biri deyib.


Geri dön