Ana Sayfa > Karusel / Dünya > Mişustin Paşinyanla görüşdə kommunikasiyalarla bağlı NƏ DEDİ?

Mişustin Paşinyanla görüşdə kommunikasiyalarla bağlı NƏ DEDİ?


24-08-2023, 17:29. Yazar: Admin

 

Mişustin Paşinyanla görüşdə kommunikasiyalarla bağlı NƏ DEDİ?

"Moskva Cənubi Qafqazda Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında razılaşmalara uyğun olaraq nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasının tərəfdarıdır".

 

Qarabaqinfo.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin Ermənistan baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

 

"Mən əminəm ki, yeni infrastruktur marşrutlarının yaradılması sabit iqtisadi əməkdaşlığı, regionun inkişafını təmin edəcək və burada yaşayan insanlar arasında əlaqələri gücləndirəcək", - Mişustin əlavə edib.


Geri dön