Ana Sayfa > Karusel / Dünya > Səfirimiz Baş Qərargah rəisi ilə danışıqlar apardı

Səfirimiz Baş Qərargah rəisi ilə danışıqlar apardı


24-08-2023, 16:42. Yazar: Admin

Səfirimiz Baş Qərargah rəisi ilə danışıqlar apardı

 

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ökənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla görüşüb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

 

Vurğulanıb ki, R.Məmmədov yeni vəzifəsində M.Güraka uğurlar arzulayıb.

 

R.Məmmədov isə özünün “X” hesabında yazıb ki, görüş zamanı tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub:“Əməkdaşlığın inkişaf edən xətlə davam edəcəyinə inanırıq”.

 

Qeyd edək ki, M.Gürak avqustun 3-də Türkiyə Ordusunun Baş Qərargah rəisi təyin olunub.


Geri dön