Ana Sayfa > Karusel / Mədəniyyət > Puşkinin "Kapitan qızı"nın dünyada ən kiçik nəşri hazırlandı - REKORD

Puşkinin "Kapitan qızı"nın dünyada ən kiçik nəşri hazırlandı - REKORD


24-08-2023, 15:13. Yazar: Admin

 

Puşkinin

Rusiyada mikrominiatür ustası Anatoli Konenko Aleksandr Puşkinin “Kapitan qızı” əsərinin dünyada ən kiçik nəşrini yaradıb.

 

Qarabaqinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iş 6 ay çəkib və bu müddət ərzində Konenko roman üçün 39 illüstrasiya hazırlayaraq və miniatür kitabı cildləyib.

 

Anatoli Konenko bu addımı ilə dünya rekordçusuna çevrilib. Orenburqdakı Krupskaya Kitabxanasının kolleksiyasında Puşkinin “Kapitan qızı” kitabının 42 dildə 478 nəşri var. İndi bu siyahıya dünyanın ən kiçik nəşri də əlavə olunub.

 

Bu “Kapitan qızı” dünyada ən kiçik nümunə olsa da, nəşr keyfiyyətinə və məzmununa görə özündən böyük "kitab bacılarından" heç də geri qalmır.

 

Qeyd edək ki, yazıçı məşhur əsəri Orenburqda yazıb.


Geri dön