Ana Sayfa > Karusel / Hadisə > 25 yaşlı arvadını qətlə yetirdi - Polisə təslim oldu

25 yaşlı arvadını qətlə yetirdi - Polisə təslim oldu


24-08-2023, 14:59. Yazar: Admin

25 yaşlı arvadını qətlə yetirdi - Polisə təslim oldu

Abşeronda 25 yaşlı qadın qətlə yetirilib, əri şübhəli bilinir.

 

Bu barədə Qarabaqinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, avqustun 24-də 13:30 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü İsaqova Səkinəxanım Vaqif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1995-ci il təvəllüdlü Musayev Elnur Nurəli oğlu könüllü polisə gələrək təslim olub.

 

Araşdırma aparılır.


Geri dön