Ana Sayfa > Karusel / Dünya > Erməni spikerlə fransız səfir BİR ARADA

Erməni spikerlə fransız səfir BİR ARADA


23-08-2023, 15:29. Yazar: Admin

 

Erməni spikerlə fransız səfir BİR ARADA

Ermənistan parlamentinin spikeri Alen Simonyan Fransanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini ilə görüşüb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

Spiker səfiri məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edib, onun iki ölkə arasında münasibətlərin dərinləşməsi üçün bütün səylərini əsirgəməyəcəyinə əminliyini bildirib.

 

"O qeyd edib ki, səfir fəaliyyətə çox fəal başlayıb və bu, onun Ermənistanın böyük dostu olduğunu təsdiqləyir. Cavabında səfir bildirib ki, onun ilk rəsmi səfəri Sünik bölgəsinə (Zəngəzur - red.) olub və burada mühüm mesaj var", - məlumatda deyilir. 

 

Parlament sədri vurğulayıb ki, bu gün Fransa Ermənistanın etibarlı tərəfdaşıdır. Görüşdə Ermənistan və Fransa parlamentləri arasında fəal əməkdaşlıq, həmçinin spikerin iyulun 10-13-də Parisə işgüzar səfəri müzakirə olunub.

 

Həmsöhbətlər regionda təhlükəsizlik vəziyyətinin təfərrüatlarını müzakirə edib, Laçın dəhlizi ətrafında fikir mübadiləsi aparıblar. Hər iki tərəf gələcək əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.


Geri dön