Ana Sayfa > Karusel / Dünya > Körpü uçdu - 26 nəfər həlak oldu

Körpü uçdu - 26 nəfər həlak oldu


23-08-2023, 15:23. Yazar: Admin

Körpü uçdu - 26 nəfər həlak oldu

 

Hindistanda tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 26 işçi həlak olub.

 

Qarabaqinfo.az "Reuters"ə istinadən xəbər verir ki, daha 2 nəfər yaralanıb.

 

Qəza Mizoram ştatının şimal-şərqindəki Sayranq şəhərində baş verib. Media körpünün çökdüyü zaman ərazidə 40-a qədər işçinin olduğunu bildirsə də, polis orada 28 işçinin olduğunu açıqlayıb.

 

Məlumata görə, xilasedicilər indiyədək 13 cəsədi çıxara biliblər. Qalan cəsədləri çıxarmaq üçün səylər davam edir.

 

Geri dön