Ana Sayfa > Karusel / Gündəm > Ehtiyatda olan hərbçilər təlimə çağırılacaq? - Rəsmi açıqlama

Ehtiyatda olan hərbçilər təlimə çağırılacaq? - Rəsmi açıqlama


22-08-2023, 15:01. Yazar: Admin

 

Ehtiyatda olan hərbçilər təlimə çağırılacaq? - Rəsmi açıqlama

Son günlər sosial şəbəkələrdə ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərə çağırıldığı ilə bağlı məlumatlar paylaşılır. 

 

Qarabaqinfo.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “Qafqazinfo”ya açıqlamasında yayılan iddialara münasibət bildirib.

 

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına müvafiq olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu kimi təlimlər il ərzində bir neçə dəfə təşkil oluna bilər. Ona görə də hər hansı bir narahatlığa əsas yoxdur”, - açıqlamada qeyd olunur.


Geri dön