Ana Sayfa > Karusel / İqtisadiyyat > Dollara tələb 45%-dən çox olub
Dollara tələb 45%-dən çox olub22-08-2023, 13:47. Yazar: Admin |
22 avqust 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
Bu barədə Qarabaqinfo.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, hərracda tələb 59.9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, bu göstərici ötən hərracdan 45% çoxdur. Belə ki, 17 avqustda keçirilən valyuta hərracında banklar 41.3 milyon dollar alış həyata keçirib.
Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. Geri dön |