Ana Sayfa > Karusel / Qarabağ > Ermənilərin texniki müşahidə vasitələri MƏHV EDİLDİ

Ermənilərin texniki müşahidə vasitələri MƏHV EDİLDİ


22-08-2023, 12:41. Yazar: Admin

 

Ermənilərin texniki müşahidə vasitələri MƏHV EDİLDİ

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıb.

 

Bu barədə Qarabaqinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb.

 

Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir.


Geri dön