Ana Sayfa > Karusel / Region / Hadisə > Ermənistanda zəlzələ - Gədəbəy və Tovuz silkələndi

Ermənistanda zəlzələ - Gədəbəy və Tovuz silkələndi


21-08-2023, 15:08. Yazar: Admin

Ermənistanda zəlzələ - Gədəbəy və Tovuz silkələndi

Ermənistanda zəlzələ olub.

 

Qarabaqinfo.az  xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib.

 

Məlumata görə, yeraltı təkanlar Tovuz stansiyasından 39 km cənub-qərbdə Ermənistan ərazisində qeydə alınıb.

 

Zəlzələnin maqnitudası 4,1, dərinliyi 2 km olub.

 

Yeraltı təkanlar Azərbaycanın Gədəbəy, Tovuz və digər sərhəd rayonlarında 3 bala qədər hiss olunub.


Geri dön