Ana Sayfa > Karusel / İdman > İdmançımız Koreyada qızıl medal qazandı

İdmançımız Koreyada qızıl medal qazandı


21-08-2023, 15:00. Yazar: Admin

İdmançımız Koreyada qızıl medal qazandı

Azərbaycan təmsilçisi İmaməddin Xəlilov Koreyanın Çunçeon şəhərində keçirilən dünya açıq parataekvondo turnirində qızıl medal qazanıb.

 

Azərbaycan Milli Paralimpiya Komitəsindən Qarabaqinfo.az-averilən məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, İmaməddin Xəlilov daha əvvəl Niderlandın Rotterdam şəhərində keçirilmiş Avropa çempionatında da eyni nəticəni göstərib.


Geri dön