Ana Sayfa > Karusel / Siyasət > Bu, təbliğatın iyrənc formasıdır - Prezidentin köməkçisi

Bu, təbliğatın iyrənc formasıdır - Prezidentin köməkçisi


19-08-2023, 13:35. Yazar: Admin

 

Bu, təbliğatın iyrənc formasıdır - Prezidentin köməkçisi 

 

Fransanın Azərbaycan əleyhinə təbliğatı davam edir.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter paylaşımında bildirib.

 

Hacıyev qeyd edib ki, “France24“ agentliyinin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil əslində Agence France-Presse (AFP) tərəfindən 2020-ci ildə çəkilən və Azərbaycan xalqının ağrı-acısını əks etdirən şəkildir, “France24“ həmin şəkli “erməniləşdirib”.

 

“Bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır”, - Hikmət Hacıyev vurğulayıb.


Geri dön