Ana Sayfa > Karusel / Dünya > Beyrutda daha bir güclü yanğın 

Beyrutda daha bir güclü yanğın 


10-09-2020, 15:43. Yazar: Admin

 

Beyrutda daha bir güclü yanğın

 

Livanın paytaxtı Beyrutda güclü yanğın baş verib.

Qarabaginfo.az “Qafqazinfo.az”a istinadən məlumatına görə, yanğın avqustun 4-də Beyrutun dəniz limanında baş vermiş eyni yerdə olub.

Yanğının səbəbi məlum deyil. Hadisə yerinə yanğınsöndürən maşınlar və təcili yardım maşınları göndərilir. İşçilər təcili olaraq liman ərazisini tərk edirlər.

“Əl Arabiya” telekanalının məlumatına görə, yanğın dəniz limanının ərazisində yerləşən avtomobil təkərləri və yanacaq-sürtkü anbarında başlayıb.

Xatırladaq ki, avqustun 4-ü Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 160 nəfər ölmüş, 5 mindən çox insan isə yaralanmışdı. Beyrut qubernatoru Marvan Abbud partlayışdan şəhərə dəyən zərərin 15 milyard dollar məbləğində qiymətləndirildiyini bildirmişdi.

 

 

 






Geri dön