Ana Sayfa > Karusel / Gündəm > 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb

3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb


18-08-2023, 17:37. Yazar: Admin

 

3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı brifinqdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri İsmayıl Axundov deyib.

 

Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri isə qadındır.

 

Qeyd edilib ki, Vətən müharibəsində isə 6 hərbçimiz itkin düşüb.

r

Geri dön