Ana Sayfa > Karusel / Cəmiyyət > Sabah bəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQ


18-08-2023, 16:57. Yazar: Admin

Sabah bəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQ

Avqustun 19-u gecə və səhər əsasən şimal və şərq rayonlarında, 19-u gündüzdən 20-si gündüzədək isə bəzi yerlərində fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

Bu barədə Qarabaqinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, leysan xarakterli olacağı, dolu düşəcəyi, əsasən Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan zonalarının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı ehtimalı var.

 

Şərq küləyi 15-18 m/s, 19-da ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın sel keçəcəyi ehtimalı var.


Geri dön