Ana Sayfa > Karusel / Cəmiyyət > Bu rayonlarda qaz kəsiləcək

Bu rayonlarda qaz kəsiləcək


18-08-2023, 11:12. Yazar: Admin

 

Bu rayonlarda qaz kəsiləcək

Bu gün Ağsu və Kürdəmir rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə Qarabaqinfo.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Məlumata görə, "Ağsu” ölçü qovşağından qidalanan qaz kəməri üzərində yeni kollektorun quraşdırılması ilə bağlı avqustun 18-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan müddətdə Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Geri dön