Ana Sayfa > Karusel / Təhsil > Birinci sinfə qəbulla bağlı neçə nəfər sənəd verib?

Birinci sinfə qəbulla bağlı neçə nəfər sənəd verib?


17-08-2023, 15:11. Yazar: Admin

Birinci sinfə qəbulla bağlı neçə nəfər sənəd verib?

2023–2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

 

Bu barədə Qarabaqinfo.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

 

Bu günədək birinci sinfə qəbulla bağlı ümumilikdə 128 339 nəfər sorğu yerləşdirib. Onlardan 68 113 nəfəri oğlan, 60 226-sı isə qızdır.

 

115 840 nəfər Azərbaycan bölməsi, 11 514 nəfər rus bölməsi, 985 nəfər isə tədris digər dillərdə aparılan bölmələr üzrə sorğu yerləşdirib.

 

Qeyd edək ki, birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.


Geri dön