Ana Sayfa > Karusel / Dünya > Süni zəka ilə Ərdoğanın səsini təqlid etdi, yaxalandı
Süni zəka ilə Ərdoğanın səsini təqlid etdi, yaxalandı17-08-2023, 14:57. Yazar: Admin |
Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın səsini süni zəka ilə təqlid edərək iş adamlarını və yüksək səviyyəli dövlət rəsmilərini aldatmağa cəhd edən şəxs yaxalanıb.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Əməliyyat Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilib.
Saxlanılan şəxsin xarici ölkə vətəndaşlarının adına aldığı telefon nömrələri ilə müxtəlif iş adamları və dövlət rəsmilərinə zəng edərək aldatmağa çalışdığı məlum olub. Geri dön |