Ana Sayfa > Karusel / İdman > AFFA-nın qərarları açıqlandı

AFFA-nın qərarları açıqlandı


16-08-2023, 14:57. Yazar: Admin

AFFA-nın qərarları açıqlandı

AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

 

Qarabaqinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən bəzi qərarlar qəbul olunub.

 

2023/2024-cü illər mövsümündən etibarən “Şahdağ Qusar” və “Dinamo” II liqada çıxış edəcəklər.

 

Həqiqi hərbi xidmət yaşına çatmış futbolçuların “Dinamo”ya cəlb olunması məsələsinin yoxlanılması və yekun qərarın qəbul olunması Peşəkar Futbol Liqasına və AFFA katibliyinə həvalə olunub.

 

Bundan başqa, FIFA-nın “FORWARD” layihəsi çərçivəsində infrastruktur layihələri üçün ayrılan maliyyə vəsaitinin AFFA-nın balansında olan stadion və Akademiyalarda təmir və yenidənqurma işlərinin görülməsinə ayrılacaq.


Geri dön