Ana Sayfa > Karusel / Gündəm > Sumqayıtda kütləvi zəhərlənmə - 12 nəfər
Sumqayıtda kütləvi zəhərlənmə - 12 nəfər16-08-2023, 13:40. Yazar: Admin |
Sumqayıtda kütləvi zəhərlənmə baş verib.
Bu barədə Qarabaqinfo.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumata görə, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib.
“Onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir. Zəhərlənənlərdən 2 nəfəri reanimasiyada, 3 nəfəri terapiya şöbəsində, 7 nəfəri isə müşahidə palatasında müalicələrini davam etdirilər. Vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur”, - TƏBİB-in məlumatında bildirilib. Geri dön |