Ana Sayfa > Karusel / Qarabağ > Laçında 2,6 ton çətənə məhv edildi
Laçında 2,6 ton çətənə məhv edildi16-08-2023, 11:12. Yazar: Admin |
Laçında 2,6 ton çətənə məhv edilib.
Bu barədə Qarabaqinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonunun Şeylanlı kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.
Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 620 kiloqram olan 8400 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib. Geri dön |