Ana Sayfa > Karusel / Mədəniyyət > Bəxtiyar Vahabzadənin doğum günüdür

Bəxtiyar Vahabzadənin doğum günüdür


16-08-2023, 10:37. Yazar: Admin

 

Bəxtiyar Vahabzadənin doğum günüdür

Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadənin doğum günüdür.



Qarabaqinfo.az-ın məlumatına görə, Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəkidə anadan olub. 1959-cu ildə yazdığı tarixi “Gülüstan” poeması şairə məşhurluq gətirib.

 

Zəngin yaradıcılığı boyunca 20-dək poema, 10 dram əsəri yazıb. Bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. 


Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də vəfat edib. Bakıda, Fəxri Xiyabanda dəfn olunub.


Geri dön