Ana Sayfa > Karusel / Dünya > Polşada son 30 ilin ən böyük PARADI

Polşada son 30 ilin ən böyük PARADI


15-08-2023, 17:24. Yazar: Admin

 

 

Polşada son 30 ilin ən böyük PARADI

Polşada son 30 ilin ən böyük hərbi paradı keçirilir.

 

Qarabaqinfo.az"Bild"ə istinadən xəbər verir ki, genişmiqyaslı parad Polşa Ordusu Gününə həsr olunub.

 

Varşavanın mərkəzində hərbçilərin yürüşü səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb, Vistula üzərindən bir neçə körpü də bir anda bağlanıb. Aviasiya şousu çərçivəsində Polşa paytaxtının mərkəzindən iki min əsgər, 200-ə yaxın hərbi texnika keçəcək, 100-ə yaxın təyyarə və helikopter şəhərin üzərindən keçəcək.

 

Paradda Polşa ordusunun sərəncamında olan ən son model texnikalar - Polşa, Cənubi Koreya və ABŞ-da istehsal olunan texnika, o cümlədən bu yaxınlarda alınan "Abrams" tankları nümayiş etdiriləcək.

 

CNN-in məlumatına görə, Polşa hakimiyyəti Belarusla sərhəddə vəziyyətin gərginləşməsi fonunda öz güclərini nümayiş etdirmək üçün hərbi parad keçirmək qərarına gəlib.


Geri dön