Ana Sayfa > Karusel / Gündəm > İlham Əliyevdən dərmanlarla bağlı mühüm qərar - Hökumətə 4 ay vaxt verildi

İlham Əliyevdən dərmanlarla bağlı mühüm qərar - Hökumətə 4 ay vaxt verildi


15-08-2023, 15:16. Yazar: Admin

 

İlham Əliyevdən dərmanlarla bağlı mühüm qərar - Hökumətə 4 ay vaxt verildi

 

“Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilib.

 

Qarabaqinfo.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.

 

Yeni dəyişikliyə əsasən, dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısı hazırlanacaq. 

 

Nazirlər Kabineti 4 ay müddətində dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

 

Bundan başqa dərman vasitələrinin yeni dövlət qeydiyyatına alınması qaydası təsdiqlənəcək. Fərmana əsasən, Nazirlər Kabineti 4 ay müddətində dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

 

Həmçinin, Nazirlər Kabineti 4 aya Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və yaradılacaq “Dərman vasitələrinin təqib və izləmə sistemi”nin formalaşdırılması, aparılması və saxlanılması ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi üçün, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görməlidir.

 

Yeni dəyişikliyə görə, Tarif Şurası gələn aya kimi dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini müəyyənləşdirəcək. Şura “Dərman vasitələri haqqında” qanunda nəzərdə tutulmuş dərman vasitələrinin sadələşdirilmiş ekspertizası xidmətlərinin tariflərini, o cümlədən dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.


Geri dön