Ana Sayfa > Karusel / Dünya > Moldova MDB-nin daha bir sazişindən çıxdı
Moldova MDB-nin daha bir sazişindən çıxdı14-08-2023, 15:10. Yazar: Admin |
Moldova MDB-nin daha bir sazişini tərk edib.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Moldova müdafiə naziri Anatoli Nosatıy məlumat verib.
O, Moldovanın MDB-nin tərksilah məsələləri üzrə birgə komissiyanın yaradılması haqqında 1992-ci ildə imzalanmış sazişindən çıxdığını bildirib.
Nazir qeyd edib ki, Kişinyov sazişin normalarını yerinə yetirməyib, çünki hələ 1994-cü ildə parlament MDB çərçivəsində hərbi-siyasi əməkdaşlığın ölkənin suverenlik prinsipinə zidd olduğunu əsas gətirib və sazişi kənarlaşdırıb.
Moldova hakimiyyəti 2022-ci ildə Ukraynada müharibənin başlamasından az sonra MDB-dən çıxmaq niyyətində olduğunu bildirib. Ötən ilin yazında Kişinyov faktiki olaraq Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası və Xarici İşlər Nazirləri Şurası kimi əsas orqanlarında fəaliyyətini dayandırıb. Moldova hakimiyyəti ölkənin MDB çərçivəsində bağlanmış əksər sazişlərdən çıxması ilə bağlı ardıcıl qərarlar qəbul edir. Geri dön |