Ana Sayfa > Karusel / Gündəm > Kamran Əliyevdən Naxçıvana yeni TƏYİNAT

Kamran Əliyevdən Naxçıvana yeni TƏYİNAT


14-08-2023, 13:38. Yazar: Admin

 

Kamran Əliyevdən Naxçıvana yeni TƏYİNAT

Azərbaycanın Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru Mübariz Bağırov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinə yeni rəis təyin edilib.

 Qarabaqinfo.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

 

Kamran Əliyevin digər əmrinə əsasən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinin rəisi Əqil Əliyev tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin rəisi təyin edilib.


Geri dön