Ana Sayfa > Karusel / Dünya > Rusiyanın 16 milyon dollarlıq helikopteri məhv edildi

Rusiyanın 16 milyon dollarlıq helikopteri məhv edildi


14-08-2023, 13:33. Yazar: Admin

Rusiyanın 16 milyon dollarlıq helikopteri məhv edildi

Rusiya ordusuna məxsus Ka-52 helikopteri Ukrayna ordusu tərəfindən zərərsizləşdirilib.

 

 Qarabaqinfo.az.xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk məlumat yayıb.

 

O qeyd edib ki, helikopter Baxmut yaxınlığında zenit-raket kompleksinin köməyi ilə vurulub.

 

Xatırladaq ki, Rusiya ordusu müharibə başlayandan bəri 133 ən müasir Ka-52 helikopterindən 40-a yaxınını itirib.

 

Açıq mənbələrin məlumatına görə, helikopterin birinin qiyməti 16 milyon dollardır.


Geri dön