Ana Sayfa > Karusel / Sosial > Bakıda dayanacağı zəbt edən taksi sürücüsü - 99 BL 335 

Bakıda dayanacağı zəbt edən taksi sürücüsü - 99 BL 335 


10-09-2020, 11:45. Yazar: Admin

Bakı şəhəri Mir Cəlal küçəsində (Tərlan şadlıq sarayının qarşısı) dayanacağı zəbt edən taksi sürücüsü peyda olub. Bu barədə Avtosfer.az-a sakinlər şikayət edib. Bildirilib ki, 99 BL 335 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü dayanacaqda avtomobili saxlayır. Avtobuslar isə dayanacağa girməyə çətinlik çəkir. Sürücü isə heç nə olmamış kimi əlində bez avtomobili silir. 
Qeyd edək ki, müştəri apardıqdan sonra yenidən eyni yerə qayıdır. Gün ərzində bunu dəfələrlə təkrar edir. Görüntüləri təqdim edirik:


Geri dön