Ana Sayfa > Karusel / Region > “Google” Rusiya şirkətlərinin xidmətlərini kütləvi şəkildə bloklamağa başlayıb

“Google” Rusiya şirkətlərinin xidmətlərini kütləvi şəkildə bloklamağa başlayıb


11-08-2023, 12:05. Yazar: Admin

ABŞ-ın “Google” korporasiyası sanksiyalar altında olan Rusiya şirkətləri üçün “Google Workspace” korporativ xidmətlərini kütləvi şəkildə bloklamağa başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bunu İT şirkətindəki mənbələr bildiriblər.

“Xidmətlərin bloklanmasından sonra şirkət əməkdaşları korporativ poçta daxil ola bilmir, “Google Docs” Sənədlər vasitəsilə elektron sənəd idarəetməsindən istifadə edə bilmir, demək olar ki, bütün vacib sənədlər və yazışmalar “Google”un korporativ yaddaşında qalıb”, – mənbə qeyd edib.

Mənbə bildirib ki, ABŞ korporasiyasının poçt siyahısında bloklama “spam mesajları” ilə izah olunur. Onun sözlərinə görə, “Google” Rusiya bizneslərini bloklamaqda davam edəcək və bunu xəbərdarlıq etmədən edə bilər: “Bu, şirkətlərin alternativ saytlara ehtiyat nüsxəsini çıxarmasına mane olacaq”.

“Google Workspace” xidmətlərindən əsasən kiçik və orta biznes istifadə edir.


Geri dön