Ana Sayfa > Karusel / Cəmiyyət > Paytaxt sakinləri 6 ayda bu qədər xərcləyib

Paytaxt sakinləri 6 ayda bu qədər xərcləyib


10-08-2023, 10:16. Yazar: Admin

paytaxt-sakinleri-6-ayda-bu-qeder-xercleyib

2023-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4,0 faiz artaraq 15080,3 milyon manat olub.

Bakı Statistika İdarəsindən Qarabaginfo.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 9079,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,6 faiz artaraq 6000,6 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb . 


Geri dön