Ana Sayfa > Karusel / Region > İstanbul polisi 10 minə yaxın İŞİD-çinin məlumatlarının olduğu arxivi ələ keçirib
İstanbul polisi 10 minə yaxın İŞİD-çinin məlumatlarının olduğu arxivi ələ keçirib9-08-2023, 14:57. Yazar: Admin |
İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi İŞİD-ə aid arxivi əldə etmək üçün məxfi əməliyyat keçirib. Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, bu barədə “SABAH” qəzeti məlumat yayıb. Nəticədə içində 9 952 terrorçunun şəxsi məlumatı olan "Yalquzaq" adlı arxiv ələ keçirilib. Həmin arxivi əldə etmək üçün ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin, MI6-nın və “Mossad”ın da cəhdlər göstərdiyi vurğulanıb. Qeyd olunub ki, əməliyyat nəticəsində Rusiya, İran və İsrail kəşfiyyatına çalışan casuslar da saxlanılıb. Saxlanılanlar arasında Seymur Rzayev, İlyas Yıldırım, Zeynəddin Çalışkan, (Yaşar Kod) Mehmet Çelik və Hikmət Əliyev adlı şəxslər də var. Geri dön |