Ana Sayfa > Karusel / Hadisə > 46 yaşlı kişi qətlə yetirildi - Arvadı şübhəli bilinir

46 yaşlı kişi qətlə yetirildi - Arvadı şübhəli bilinir


9-08-2023, 13:02. Yazar: Admin

 

46 yaşlı kişi qətlə yetirildi - Arvadı şübhəli bilinir

Avqustun 9-da Sumqayıt şəhərinin Corat Qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Qarabaqinfo.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

 

Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub. İbtidai istintaq davam etdirilir.


Geri dön