Ana Sayfa > Karusel / Kriminal > Futbol azerkeşləri arasında kütləvi dava - Ölən və yaralılar var

Futbol azerkeşləri arasında kütləvi dava - Ölən və yaralılar var


8-08-2023, 13:28. Yazar: Admin

Futbol azerkeşləri arasında kütləvi dava - Ölən və yaralılar var

 

Yunanıstanda futbol azerkeşləri arasında kütləvi dava olub.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT televiziyası məlumat yayıb.

 

Paytaxt Afinanın Nea Filadelfiya bölgəsində Yunanıstanın AEK və Zaqreb "Dinamo"sunun azarkeşləri arasında baş verən dava bir nəfərin ölümü, 8 nəfərin isə yaralanması ilə nəticələnib.

 

Davada ölən azarkeşin 22 yaşı olub. O, çoxsaylı bıçaq zərbələri alıb. Yaralananların 4-ü yunan, digər 4 nəfəri isə xorvatdır. Zərərçəkənlər arasında başından daşla vurulan azyaşlı da var. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

İnsidentlə əlaqədar 96 nəfər saxlanılıb.

 

“Həbs olunanlar arasında 82 xorvat, bir avstriyalı, bir bosniyalı, bir alban, bir alman və iki yunan var”, - ERT xəbər verib.

 

Zaqreb “Dinamo”sunun azarkeşləri UEFA-nın AEK ilə oyunda iştiraka qadağa qoymasına baxmayaraq, Yunanıstana yollanıb. 150-200 nəfərlik azarkeş qrupu avtomobillə Yunanıstana keçib. Onlar rəqib komandanın azarkeşləri kimi özlərini təqdim edərək, stadiona daxil olublar.


Geri dön