Ana Sayfa > Karusel / Qarabağ > Birləşmiş Krallıq Azərbaycanda minatəmizləməyə əlavə maliyyə yardımı ayırıb
Birləşmiş Krallıq Azərbaycanda minatəmizləməyə əlavə maliyyə yardımı ayırıb8-08-2023, 10:15. Yazar: Admin |
Birləşmiş Krallıq hökuməti Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üçün əlavə 500 min funt sterlinq ayırıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld məlumat verib. “Bu vəsait ANAMA və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı İnkişaf Proqramı çərçivəsində minatəmizləmə sahəsində Azərbaycanın potensialının yaradılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib”, - diplomat bildirib. Geri dön |