Ana Sayfa > Karusel / Dünya > Müharibə dövründə Rusiyaya PUA verməmişik - Abdullahian

Müharibə dövründə Rusiyaya PUA verməmişik - Abdullahian


7-08-2023, 14:21. Yazar: Admin

Müharibə dövründə Rusiyaya PUA verməmişik - Abdullahian

İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahian Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə bağlı iddiaları rədd edib.

 

Qarabaqinfo.az xəbər verir ki, o, sözügedən məsələyə Yaponiyanın paytaxtı Tokioda yaponiyalı həmkarı Yoşimasa Hayaşi ilə birgə keçirdikləri mətbuat konfransında toxunub.

 

"Ukraynadakı münaqişə zamanı biz heç vaxt Rusiyaya İranın pilotsuz təyyarələrini və ya silahlarını verməmişik. Məhz Avropa və Amerikanın silah tədarükü daha çox dağıntılara və qırğınlara səbəb olur. Bizim Rusiya ilə müxtəlif sahələrdə, o cümlədən ticarət, iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq əlaqələrimiz var", - XİN başçısı vurğulayıb.

 

Qeyd edək ki, Ukrayna tərəfi Rusiya ordusunun İran PUA-larından istifadəsinə dair ortaya konkret faktlar qoysa da, Tehran ittihamları qəbul etmir.


Geri dön