Ana Sayfa > Karusel / Dünya > Putin və Ərdoğan Zəngəzur dəhlizini MÜZAKİRƏ EDƏCƏK
Putin və Ərdoğan Zəngəzur dəhlizini MÜZAKİRƏ EDƏCƏK7-08-2023, 12:52. Yazar: Admin |
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri avqustun son həftəsinə planlaşdırılır.
Qarabaqinfo.az xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzeti görüşdə müzakirə ediləcək məsələləri açıqlayıb.
Nəşrin məlumatına görə, liderlər arasında əsas müzakirə mövzusu ötən ay başa çatan "Taxıl sazişi" olacaq.
Bundan əlavə, Putin və Ərdoğanın görüşündə Zəngəzur dəhlizi də müzakirə ediləcək. Eyni zamanda Türkiyə-Azərbaycan-Ermənistan münasibətləri müzakirə ediləcək mövzulardan biri olacaq.
Xatırladaq ki, avqustun 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Türkiyə liderinin mətbuat xidmətinin yaydığı məlumatda Rusiya prezidentinin danışıqlar üçün Türkiyəyə səfər etməsi barədə razılıq əldə edildiyi bildirilib. Geri dön |