"Meta" şirkətinin sahibi Mark Zukerberq "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Maskla döyüşməyə hazır olduğunu bildirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə o, "Threads" sosial şəbəkəsində yazıb.
Zukerberq döyüşün avqustun 26-da keçirilməsini təklif edib.
Mask döyüşün nə vaxt keçiriləcəyi barədə məlumat verməyib. O, Zukerberqə qarşı döyüşdə güləş elementlərindən istifadə etmək niyyətində olduğunu bildirib.
Maskın sözlərinə görə, döyüş "X" (Twitter) sosial şəbəkəsində canlı yayımlanacaq. Zukerberq jurnalistlərə bildirib ki, o, artıq qarşıdan gələn döyüşə aktiv şəkildə hazırlaşmağa başlayıb.