Ana Sayfa > Karusel / Siyasət > Fransa XİN Ukrayna münaqişəsi üzrə məsləhətləşmələrin yeni mərhələsinin vaxtını açıqlayıb

Fransa XİN Ukrayna münaqişəsi üzrə məsləhətləşmələrin yeni mərhələsinin vaxtını açıqlayıb


6-08-2023, 22:25. Yazar: Admin

Fransa XİN Ukrayna münaqişəsi üzrə məsləhətləşmələrin yeni mərhələsinin vaxtını açıqlayıb

Fransa Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üçün məsləhətləşmələrin növbəti raundunu sentyabrın 9-10-da Hindistanda keçirilməsini planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi Fransa Xarici İşlər Nazirliyinin adı açıqlanmayan yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu məsləhətləşmələr G20 sammitinə qədər təşkil oluna bilər.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən məsləhətləşmələrdə təmsil olunan ölkələr Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundunda Rusiya Federasiyasının iştirakını tələb etməyib.

Fransalı diplomat həmçinin bildirib ki, Çin danışıqlarda konstruktiv mövqe tutaraq Ukraynada atəşkəsə nail olmağa çalışır.


Geri dön