Ana Sayfa > Karusel / Region > Rusiya müdafiə xərclərini ikiqat artırır- Ukrayna ilə müharibə ildə 100 milyarda başa gələcək (“Reuters”)

Rusiya müdafiə xərclərini ikiqat artırır- Ukrayna ilə müharibə ildə 100 milyarda başa gələcək (“Reuters”)


4-08-2023, 15:53. Yazar: Admin

Rusiya hakimiyyəti bu il üçün təsdiqlənmiş bütün hərbi büdcəni xərcləyib. Bu səbəbdən də Ukraynadakı orduya xərcləməyi planlaşdırdıqları məbləği iki dəfə artırmağa məcburdur.

Qarabaginfo.az xəbər verir ki, bunu bu barədə “Reuters” Rusiya hökumətinin büdcə xərclərinin icrası ilə bağlı qapalı sənədlərinə istinadən xəbər verir.

Agentlik iddia edir ki, ilk 6 ayda müdafiə xərcləri 5,59 trilyon rubl və ya büdcəyə xərclənən bütün pulların 37 faizini təşkil edib. Eyni zamanda, 2023-cü ilin büdcəsi haqqında qanuna “milli müdafiə” maddəsi üzrə 4,91 trilyon rubl daxil edilib. Bu, bir il əvvəlkindən 1,5 dəfə çoxdur.

“İllik müdafiə xərcləri üçün yeni plan 9,7 trilyon rubl və ya hazırkı məzənnə ilə 102 milyard dollar təşkil edir”, – Reuters yazır. Bu, ilkin olaraq planlaşdırıldığından təxminən iki dəfə çoxdur və bütün büdcə xərclərinin üçdə birini (29,06 trilyon rubl) təşkil edir.


Geri dön