Ana Sayfa > Karusel / Siyasət > “Kreml ABŞ-ın vədlərinə inanmır” –Putinin mətbuat katibi

“Kreml ABŞ-ın vədlərinə inanmır” –Putinin mətbuat katibi


4-08-2023, 11:09. Yazar: Admin

“Kreml Moskvanın taxıl müqaviləsinə qayıdacağı halda, Rusiya ixracının asanlaşdırılacağı ilə bağlı ABŞ-ın vədlərinə inanmır”.

Qarabaginfo.az bildirir ki, bu barədə prezidentin sözçüsü Dmitri Peskov RİA Novosti-yə bildirib.

“Sözlərə – inanmırıq” deyə agentliyin müvafiq sualına cavab verib.

Bir gün əvvəl ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı taxıl sazişindən çıxdığına görə qınayıb. O, bir daha ABŞ-ın sanksiyalarının qida və gübrələrə şamil olunmadığını təkrarlayıb. Dövlət katibi əmin edib ki, Rusiya razılaşmalara qayıtsa, Vaşinqton ərzaq ixracı üçün “lazım olan hər şeyi etməyə” davam edəcək.

Peskov qeyd edib ki, taxıl sövdələşməsinə qayıdış realdır. Lakin Rusiya bunun qarşılığında bütün öhdəliklərin yerinə yetirilməsini, o cümlədən Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasını şərt kimi irəli sürüb.

2022-ci il iyulun 22-də imzalanmış taxıl sazişi Ukrayna taxılının Qara dənizdən keçərək ixracını və Rusiya ərzaq və gübrələrinin dünya bazarlarına ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tuturdu.

Moskva Ukrayna taxılının Afrikanın ehtiyacı olan ölkələrinə yox, ilk növbədə Avropaya göndərilməsindən narazı olduğunu bəyan edib. Nəticədə iyulun 18-də Qara Dəniz Təşəbbüsü fəaliyyətini dayandırıb.

 


Geri dön